XƏBƏRLƏR / Kriminal

Qaytarılan hərbi cani erməni hakimiyyəti üçün başağrısı olub

Erməni terrorçusu Vigen Euljekçyanın arvadı Ermənistan hakimiyyətindən mənzil və pul tələb edir

Qaytarılan hərbi cani erməni hakimiyyəti üçün başağrısı olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Erməni terrorçusu Vigen Euljekçyanın arvadı Linda Euljekçyan Ermənistan hakimiyyətinin ailələrinin ölkədə məskunlaşmasına kömək etməməsindən şikayətlənir:

    "Yaşayış şəraiti olduqca çətindir. Biz heç bir sosial dəstək almırıq və vəziyyətimiz hər gün pisləşir. Bir neçə dostumuz bizim üçün bir aylıq mənzil kirayəyə götürdü.

    Hökumətdən dəstək gözləyirdim, amma təəssüf ki, heç kim heç nə etməyib və o, taleyi ilə tək qalıb. Bu, həqiqətən də rüsvayçılıqdır. Heç kim bu insanın indi psixoloji, mənəvi və maddi dəstəyə ehtiyacı olduğunu düşünməyib."