XƏBƏRLƏR / Hadisə

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

Hadisə Aslanbəyli kəndində baş verib

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazax rayonunun Aslanbəyli kəndində yanğın baş verib.

    Yanğın nəticəsində Aslanbəyli kənd sakini 1982-ci il təvəllüdlü Şirməmmədov Ramiz Fazil oğluna məxsus 13 ton ot bağlamasından 3 tonu yanıb.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi yanğının ətraf ərazilərə keçməsinin qarşısını alıb.

    Baş vermiş yanğın nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.