XƏBƏRLƏR / Dünya

Qazaxıstan quraqlıq təhlükəsi ilə üzləşib

Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin müavini Arsen Cakanbayev belə deyib

Qazaxıstan quraqlıq təhlükəsi ilə üzləşib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Özbəkistan və Qırğızıstanda analoji hadisəyə görə Qazaxıstan bu yaz quraqlıq təhlükəsi ilə üzləşib. Bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya nazirinin müavini Arsen Cakanbayev məlumat verib.

    O izah edib ki, problem qonşu ölkələrin su ehtiyatlarına təsir edən quraqlıqdadır:

    “Qırğızıstanın Toktoqul su anbarında suyun həcmi ötən illə müqayisədə 300 milyon kubmetr azdır. Çirçik hövzəsində isə suyun həcmi ötən illə müqayisədə 100 milyon kubmetr azdır. Buna görə də daxil olan suyun miqdarı azdır. Cari il bu suyun olmaması səbəbindən problemlər yarana bilər”.

    Onun sözlərinə görə, ölkənin Türküstan və Qızılorda bölgələri risk altındadır. Artıq yerli hakimiyyət orqanlarına çəltik səpinini azaltmaq tövsiyə olunub. Belə ki, bu məhsul daha çox su tələb edir.