XƏBƏRLƏR / Siyasət

Qazaxıstan Talibanı terrorçular siyahısından çıxarıb

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament spikerləri ilə görüşündə deyib

Qazaxıstan Talibanı terrorçular siyahısından çıxarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qazaxıstan müasir Əfqanıstanla ticarət-iqtisadi əməkdaşlığın inkişafının vacibliyini və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək, Taliban rejimini terrorçular siyahısından çıxarıb. TASS xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament palatalarının spikerləri ilə görüşündə deyib.

    Tokayevin sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.