BLOQ

Qərbin dirijor, yoxsa falaqqa çubuğu?

Məşhur fransız antiazərbaycan filosofu Bernar-Anri Levi barədə

Qərbin dirijor, yoxsa falaqqa çubuğu?
Bernar-Anri Levi
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən zaman gələn ay keçiriləcək növbədənkənar prezident seçkilərini yeni dövrün başlanğıcı adlandırıb. O qeyd edib ki, yeni dövrdə milli ideya ilə bağlı siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar müzakirələr aparmalıdır.
    Fransız filosofu Bernar-Anri Levi kimilər artıq Azərbaycana qarşı cəbhə açıblar. Qərb liberal klubu, bizə qarşı qələmlərini itiləyir.

    Biz isə hələ də susuruq.

    Qərara aldım ki, prezident İlham Əliyevin bu çağırışına qoşularaq müzakirələrə start verək.
    Bizim mill ideologiyamız ilk növbədə antiazərbaycan ruhlu bəzi Qərb alimlərinə, jurnalistlərinə cavab verməlidir. Belələrindən biri liberal Fransa filosofu Bernar0Anri Levidir.

    ***

    Deyirsiniz rəsmi Paris təkcə elə Bakını, Quzey Azərbaycanı sevmir? Yox! Paris eyni dərəcədə Təbrizi, Güney Azərbaycanı da əsla sevməz. Səbəb təkcə Parisin erməni sevdasında deyil.

    Güney Azərbaycan davası Paris üçün çox patriarxal, köhnədir. “Milli-azadlıq” mübarizə modeli indiki Paris siyasi bomondunda atavizm sayılır. 

    Paris intelektual kafelərində qəhvəni indi ancaq Bernar-Anri Levi kimi liberallar sifariş verir. İstəyirsən o kafelərdə sənə yaxşı qulluq etsinlər? Süfrənə“Sekond cup”-ı, ikinci fincanı pulsuz gətirsinlər? Hə... Bu mövzuda gərək Parisdəki siyasiləşmiş kürdlərlə, “Institut kurde de Paris” lobbiçiləri ilə xeyli söhbətləşəsən.
    Xeyli qəhvə sifariş verəcəksən bu liberallara... kurasanlar iştahını küsdürəcək. Ancaq axırda biləcəksən ki, heç kürdlərin də milli-azadlıq ideyası Parisdə dəbdə deyil. Kürdlər, sadəcə olaraq buradakı liberal dəyərləri yaxşıca saxtalaşdırıblar. Öz tələblərinə uyğunlaşdırıblar. Parisdəki Abdulla Öcalan tərəfdarları bu gün marksist deyillər. Mürrey Bukçin adlı ABŞ anarxistinin “dövlətsiz cəmiyyət” ideyaları əsasında Orta Doğuda, dəqiq desək, Suriyada “Rojava” adlanan bir “Çənlibel” qurublar.

    Ankaranın JPK dediyi bu yaraqlıları Fransa pərdəarxasından həm tam təminatlandırır, həm də təlimatlandırır. Bu cür Çənlibellərin ideoloji trendini Fransa liberal filosofu Bernar-Anri Levi tirajlayıb anonslayır. 44 günlük müharibə zamanı o, Parisin “Le Fiqaro”, “Le Point” qəzetlərində Qarabağ mövzusunda geniş bir məqaləsini çap etmişdi. Oxucularına bir fikri yedizdirirdi - Qarabağ da Rojava kimi “Azad ərazi”, Şuşa və Xankəndi isə beynəlxalq nəzarət altında “azad şəhərlər” statusunu bölüşməlidirlər.
    Özünün azca əvvəl çap edilmiş “İmperiya və beş kral” əsərində o dünyadakı siyasi zülmü beş hökmdarda, diktatorda görürdü - Səudiyyə, İran, Çin, Rusiya, Türkiyə rəhbərlərinə o bax bu cür mənfi, ölüm hökmlü "sivi" hazırlamışdı. 

    “Fransa Dağlıq Qarabağı tanımalıdır!” başlıqlı bu məqaləyə sadə gözlə baxmaq uşaqlıq olar. İnfantil olmayın. Makron kimi liberalların xələtsiz hocası elə bax bu cür Bernar-Anri Levilərdir. Məqaləsi isə Fransa XİN-nin uzun, yaşıl meşin örtüklü masası üzərindən hələ də yığışdırılmayıb. Arxivləşdirilməyib.

    Fransa xarici siyasətini diplomatik standartla bir neçə yerə, dosyelərə bölüb.  

    “Qarabağ” mövzusu orda həmin Rojava ilə bir qovluqdadır. Yəni, Mürrey Bukçin, Bernar-Anri Levilərin ssenarisi əsasında orada guya “azad, dövlətsiz ərazilər, cəmiyyətlər” yaradılmalıdır.

    Yəni Fransa XİN-i Qarabağ dosyesini Afrika departamentinin standartları ilə yox... məhz Suriyadakı “Rojava” standartı ilə, trafareti ilə həll etmək fikrindədir.

    Ancaq bütün bu “müasir, modern, ateist, femenist” layihələrin arxasında çox qədim ibtidai, qanlı, vəhşi, bədəvi layihələr gizlənib.

    Bu Rojava layihəsi Fransa XİN-i, Paris liberalları, femenistləri  tərəfindən 17 mart 2016-cı ildə reallaşdırılıb.
    Ensiklopediyaları açıb göz bəbəklərinizi yaxşıca sürtün.

    Qədim Romada eyni gündə “Lebera” adlı tanrının şərəfinə vur-çatlasın məclislər qurulardı.  Hər cür azadlıq... hər cür... məhz bu gün reallaşdırılardı o uzaq vaxtlarda. 

    Görünür, Fransa liberalları indi də bu Libera tanrısının şərəfinə məclislər keçirirlər.

    Suriyanın Rojava bölgəsi, belə Çənlibellərin yalnız biridir.

    Ancaq oxşar “liberalia” bayramını Azərbaycanda, Qarabağda keçirmək Fransa intelektuallarına nəsib olmayacaq.

    Bernar-Anri Levi, unutmayaq, Sarkozi, Olland, Makron kimi son üç Fransa prezidentinin siyasi, fəlsəfi məsləhətçisi kimi tanınır. 

    Son dəfə Qarabağ mövzusunu İtalyanın“La Repubblica” qəzetində ( sentyabr, 2023) hallandıran Bernar-Anri Levi, Qərb liberal klubunun əsas direjor çubuğudur. 

    “Dirijor çubuğu” ifadəsi, düzü, çox mədəni ifadədir. Şərqdə bu cür əliçubuqlular mədrəsələrdə daha demonik simaları ilə yadda qalıblar.

    Qara falaqqa qurub, çubuqlarını suda isladıblar.

    Bu cür cəza falaqqalarını Azərbaycan keçmişdə çox görüb. Çoxunu sındırıb. 

    Azərbaycan çoxdan Şərq falaqqasından canını qurtarıb.

    İndi onu müasir, oxşar Qərb falaqqasına salıb dabanlarına döymək istəyirlər.

    Şərq xurafatı bunu bacarmadı. Qərb liberalları da bunu bacarmayacaqlar.