XƏBƏRLƏR / İctimaiyyət

Qəsdən yanğın törədən şəxs tutuldu

DİN xəbər verir

Qəsdən yanğın törədən şəxs tutuldu
Rəmiş İbrahimov
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində rayon ərazisində qəsdən yanğın törədən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müxtəlif vaxtlarda Orta Qəsil və Qulbəndə kəndlərində yaşayış evinin, eləcə də iki tövlə və ot tayalarının yanması barədə polisə məlumat daxil olub.

    İlkin araşdırma zamanı yanğınların naməlum şəxs tərəfindən qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəmiş İbrahimov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.