Qeyri-neft sektoru üzrə ixrac 3.6 mlrd. dollara çatıb
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.
Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.
2025-ci ilin yanvar-dekabr aylarında aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 mlrd ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.
1 dəqiqədən az