XƏBƏRLƏR / Ticarət

Qızıl ucuzlaşıb

Gümüşün də qiyməti azalıb

Qızıl ucuzlaşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb.

    Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,64% azalaraq 3 312,3 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti də 1,73% azalaraq 32,99 ABŞ dollarına bərabər olub.