“Qızıl Xaç” son 1 ayda 48 ermənini Ermənistana köçürüb
Bunu “Sputnik Armenia”ya müsahibəsində BQXK-nın Ermənistan nümayəndəliyi bildirib
Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin əməkdaşları sentyabrın sonundan etibarən Qarabağdan 48 erməni sakinin Ermənistana köçməsinə kömək ediblər.
Bunu “Sputnik Armenia”ya müsahibəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya proqramlarına cavabdeh Zara Amatuni bildirib.
"Köçürmə onların xahişi ilə, o cümlədən qohumlarına qovuşmaq məqsədilə təşkil edilib", - Amatuni deyib.
O, həmçinin vurğulayıb ki, söhbət sentyabrın sonundan oktyabrın sonuna qədər olan müddətdən gedir.
Xatırladaq ki, Azərbaycan Ordusu sentyabrın 19-30-də Qarabağda antiterror tədbirləri keçirməklə separatizmi məhv edib. Bundan sonra Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyərək, kütləvi şəkildə könüllü olaraq Ermənistana köçüblər.