Qızıl Xaç Xankəndindən İrəvana xəstə daşınmasını dayandırır?
Bu barədə Ermənistan KİV-ləri məlumat yayır
Erməni KİV-lərinin məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Xankəndindən İrəvana xəstələrin daşınmasını dayandırır.
Görünən odur ki, ya BQXK təşkilatın Bakı ofisinin rəhbərliyi altında Xankəndindəki ofisinin köçürülməsi ilə bağlı Azərbaycan tərəfinin şərtlərini qəbul etməkdən imtina edib, ya da separatçılar bu şərti qəbul etməkdən imtina edərək BQXK-nın xidmətlərindən imtina ediblər.