"Qondarma qurumun ləğvinin fətvasını Paşinyan verib"
Bu barədə Ermənistanın “Hraparak” nəşri xəbər verir
Ermənistanın “Hraparak” nəşri xəbər verir ki, Qarabağda qondarma qurumun ləğvi ilə bağlı sənədlər imzalanmazdan əvvəl oyuncaq “Dağlıq Qarabağ Respublikası” separatçılarının lideri Samvel Şahramanyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlayıb.
“Hraparak” yazır ki, Paşinyan Şahramanyanı müharibənin Ermənistan ərazisinə keçməməsi üçün Azərbaycanın bütün tələblərini yerinə yetirməyə çağırıb.