Reportaj

Qubadlı rayonunun Yusifbəyli kəndi FOTOREPORTAJ

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi

Qubadlı rayonunun Yusifbəyli kəndi FOTOREPORTAJ
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qubadlı rayonunun Yusifbəyli kəndi Həkəri çayının sahilində, İncə düzündə yerləşir.

    Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər. Kənddə XVIII əsrdə inşa olunmuş məscid də erməni vandalizminə məruz qalıb. İşğal dövründə yarıuçurulmuş vəziyyətdə olan məsciddə heyvan saxlanılıb.

    Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də kəndi işğaldan azad edib.

    İşğal dövründə erməni vandalizminə məruz qalmış Yusifbəyli kəndinin görüntülərini təqdim edirik.