XƏBƏRLƏR / Din

Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlanıb

Martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək

Ramazan ayının Qədr gecələrinin vaxtı açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə əsasən, martın 23-ü Ramazan ayının ilk gününə təsadüf edəcək.

    Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, Ramazan ayının 18, 20 və 22-ci günləri Qədr gecələri qeyd olunacaq. Bu isə aprelin 9, 11 və 13-nə təsadüf edəcək.

    QMİ sədri qeyd edib ki, Ramazan ayının 26-cı günü də Qədr gecəsi kimi qeyd edilir. Bu isə aprelin 17-də olacaq.

    Xatırladaq ki, aprelin 21 və 22-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.