BLOQ

Ramazan nədir?

Oruc tuta bilənlər acların dünyasına baş vururlar

Ramazan nədir?
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Hər gün insanlıq minlərlə həmcinsini itirir.

    Onların dərdi isə nə bahalı evlər, nə maşınlar, nə zinət əşyaları və nə geyimdir. Onlar heç xəstə də deyillər və deyildilər. Onlar aclıqdan və susuzluqdan ölürlər. İnsanlıq cavabını bildiyi sual qarşısında acizdir. Niyə insanlar acından və susuzluqdan ölür və niyə insanlıq buna bir çarə tapmır? Ramazan o zaman Ramazan olacaq ki, insanlıq bu suala cavab tapsın. "Qonşusu ac ikən özü tox yatan bizdən deyil!". Bu xəbərdarlıq hər gün məscidlərdə səslənir. Biz yəni kim? Həzrət Muhəmməd nə İslam dövləti qurdu, nə də hakimiyyəti. Onun yaratdığı "ÜMMƏT" idi. Ümmət, yəni eynu düşüncə və amal uğrunda  çalışanlar. 

    Haradadır o ümmət? Tarixin səhifələrində...

    Biz niyə Ramazanın qədrini bilmirik? Əslində nəyin qədrini bilirik ki?

    Yaratdığı bəndələrindən gileylənən Allah : "Onlar Allahın haqlı olaraq qədrini bilmədilər" ayəsini bizdən qeyrisi üçünmü nazil etdi? 

    Xəbərdarlıq ayələrindən birində deyilir: "Ey iman gətirənlər, iman gətirin". Yəni nə? Yəni, imanınızda, iddianızda ciddi olun. Ola bilirkmi? Ola bilsəydik, bu gün Qəzzada, İraqda, Suriyada minlərlə körpə yetim qalmazdı. Ramazanda oruc tutmaq tuta bilməyənlərə nə qədər vacibdirsə, tuta bilməyənlərə də hər günün müqabilində bir acı doyurmaq vacibdir. Oruc tuta bilməyən və doyura bilənlər doyururmu? Ramazan oruc tuta bilənlərə həm acların dünyasına baş vurmağı öyrədir, həm də sahib olduqlarından bir gün bir çoxları kimi məhrum ola biləcək durumunu yaşadır.

    İftar süfrələri..! O kimin haqqıdır? Bir anlığa həmin məclislərə nəzər salın. İştirak etdiyiniz məclislərdə neçə yoxsul xatlrladınız? Amma çox iddialıyıq. İmam Əli elə etdi, Əbu Bəkr belə etdi... Bəs biz? Nəsə edirikmi? Doğurdanmı imkanlarımız daxilində yardımlaşırıq? Əlbəttə, əgər onu da ediriksə...

    Yaşanmalı olan din, az qala, tarixi şəxsiyyət və hadisələrin xatırlanmasına çevrilsin...

    "Ey iman gətirənlər, etməyəcəyiniz şeyləri nə üçün deyirsiniz?!".