"Ramiz Mehdiyev işi" ilə bağlı yeni həbslər YENİLƏNİB
Bu barədə qeyri-rəsmi mənbələr məlumat yayır
12:24
"Ramiz Mehdiyev işi" üzrə saxlanılan Əli Kərimlinin köməkçisi Faiq Əmirli ifadə verdikdən sonra sərbəst buraxılıb.
Hadisə barədə onun həyat yoldaşı Lalə Əmirli sosial media səhifəsində məlumat verib.

***
2025-11-29 23:31
"Ramiz Mehdiyev işi" ilə bağlı yeni həbslər:
Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov həbs edilib. O, əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasına maliyyə dəstəyi verməkdə ittiham olunub.
Bundan əlavə, Əli Kərimlinin köməkçisi Faiq Əmirli "Ramiz Mehdiyev işi" ilə bağlı həbs edilib.
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev siyasi sistemi dəyişdirməyə və həm hökumətin, həm də müxalifətin nümayəndələrinin daxil olacağı 50 nəfərlik "Dövlət Şurası" yaratmağa cəhd edib.
1 dəqiqədən az