XƏBƏRLƏR / Hava

Rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 4-5-də Azərbaycanın əsasən, dağlıq və dağətəyi rayonlarında, 6-dan 8-i gündüzədək isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

    Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.