BLOQ

"Rəbiyə Kurnaz və Corc Buş"

Bu film "Berlinale" kino festivalının gümüş mükafatını alıb

"Rəbiyə Kurnaz və Corc Buş"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Dünən Sarayevo Kino Mərkəzində Almaniya səfirliyinin təşkilatçılığı ilə nümayiş olunan "Rəbiyə Kurnaz və Corc Buş" (rejissor Andreas Dresen, ssenari müəllifi Laila Stieler) filminə tamaşa etdik.

    "Berlinale" kino festivalının gümüş mükafatını alıb.

    Baxmağa dəyər.

    Filmdə Almaniyada yaşayan bir türk ailəsinin 11 sentyabr hadisəsindən sonra terrorçuluqda təqsirləndirilərək Quantanoma həbsxanasına salınan 19 yaşlı oğulları Muradı xilas etmək üçün apardığı mübarizə təsvir olunur. Bremendə doğulan Murad islamı daha dərindən öyrənmək məqsədi ilə Pakistana gedir və burada ABŞ kəşfiyyatı tərəfindən şübhəli şəxs kimi saxlanır. Anası Rəbiyə (41 yaşlı türk aktrisası Meltem Kaptan bu rolu fövqəladə ustalıqla oynayır) necə deyərlər, bütün dünyanı ayağa qaldırır və 5 illik mübarizədən sonra Muradın azadlığa çıxmasına nail olur. Bu işdə onun ən yaxın yardımçısı alman vəkili Bernhard Doke (Aleksander Scheer) olur. Film həm də qloballaşan dünyanın, dil, din və s. fərqliliklərinə baxmayaraq ümumi məqsəd uğrunda anlaşmağı bacaran insanların təqdimi baxımından maraqlıdır. Faciəli hadisələrdən bəhs etsə də mahiyyət etibarı ilə işıqlı səhnələrlə, incə yumor hissi ilə zəngindir. Yalnız Məltəm Kaptanın deyil, digər türk artistlərinin və alman həmkarlarının da oyunu cəlbedicidir.