XƏBƏRLƏR / Məhkəmə

Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb

Prokuror bildirib ki, Köçəryanın azadlığa buraxılması ibtidai istintaqın gedişinə mane ola bilər

Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın ikinci prezidenti (hərbi cani - ANS Press) Robert Köçəryanın həbs müddəti daha iki ay uzadılıb.

    Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar qəbul edib.

    Hakim Aram Qriqoryan prokuror Tsovak Mnatsakanyanın vəsatətini təmin edib. Prokuror bildirib ki, Köçəryanın azadlığa buraxılması ibtidai istintaqın gedişinə mane ola bilər.

    Qeyd edək ki, məhkəmə bundan əvvəl Robert Köçəryanın oğlu Sedrak Köçəryanın da həbs müddətini iki ay uzadıb.

    Xatırladaq ki, 2026-cı ilin avqustunda Ermənistan Baş Prokurorluğu Robert Köçəryan barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ilə bağlı doqquz epizod üzrə cinayət təqibinə başlayıb.

    Avqustun 27-də məhkəmənin qərarı ilə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.