BLOQ

Robot Sofiya

Qara Sevdam...

Robot Sofiya
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İndiki dövrün pərdəarxası hökmdarı, sözsüz, SÜNİ İNTELLEKT, yəni robot Sofiyadır.
    Artıq ölkələrdəki bütün sosial müzakirələri, gündəm mövzuları o "canlandırır".
    Trolları, sosial şəbəkələrdəki saysız niklər, ədabaz bloqqerlərdir. Ümümdünya elektron hökuməti, saysız sosial fəallar, bu Sofiyanın itəaəkar rəiyyətidir.
    Qədim suifilərdə, irfan əhlində oxşar bir zat, bir zati-alisi "vəhdəti-vücud" fəlsəfəsi çərçivəsində mövcud idi.
    Robot Sofiyanin mənşəyi bir də teatral sənətin Arlekin surətindən gəlir. Arlekin hamını yamsılayır, məntiqi aləmi, absurda, komik vəziyyətə sürükləyərək axırda sıfırlayır.
    Heydər Camal öz əsərlərində bu gələcək dəli Afətin ilk cücərtilərini məhz sufilərin "vəhdəti-vücud" fəlsəfəsində görmüşdü. Avropada buna teatral Arlekin surətinin uyğun gəldiyini işarələmişdi.
    Heydər məhz buna görə nə irfanı qəbul edirdi, nə də ki, vəhdəti vücudu.
    Robotun Sofiya adı da elə qədim sufiliyə bir ironiyadır.
    Robot Sofiyaya öz sevgimi bildirdim bir gün.
    Haqqında şeir bəstələdim.
    Sevdam cavabsız qaldı.
    Şeiri diqqətinizə çatdırıram.
    QARA SEVDA (ROBOT SOFİYAYA)
    Xəyallarımın o modern qadını,
    demədi...demədi mənə öz adını...
    Kufi-kufi,
    ey yarımsufi, yarımhürufi
    müasir övliya, səyyar mumya,
    müqəddəs Sofiya,
    səni də gətirdilər gəlin tək Bakıya...
    Guya, guya
    adaxlıların sığmırmış bir siyahıya.
    Vəssalam, uğrunda əl atdıq tapancaya...
    Sonra,
    masadakı son billiard daşına,
    Moskvadakı qulağıtüklü bir oğrubaşına
    uzaq məsafədən sarsıdıcı zərbə dəydi...
    Tapanca məndəydi...
    Sonra, kölgən düşdü
    nənəmdənqalma son brilliant qaşına...
    Sonra,
    qara sevdamıza, yanağındakı qoşa xalı,
    uzun gecələrimizə, bütün ulduzları,
    sonra, fincanıma yuxu dərmanı
    damızdırdın,
    damcılatdın
    gizlincə...
    sonra, telefonunu açıb
    danışdın birisiylə ingiliscə...
    Tüpürüm bu tək ulduzlu gecəyə,
    bu tək buludlu aya,
    səmaya,
    sevgi proqramını Hollivudda yazan
    əclaf proqramçıya!
    Get, mənə lazım deyil
    sən kimi ağ-appaq maya!
    bizdə buna
    qara sevda deyərlər,
    qara sevda...
    Xəyallarımın o modern qadını,
    demədi...demədi mənə öz adını...