XƏBƏRLƏR / Kriminal

Röya 2 dəqiqə sonra səhnəyə çıxacaqdı

Moskvada “Crocus City Hall” ticarət mərkəzində çoxsaylı insan itkisi ilə nəticələnən silahlı insident baş verib

Röya 2 dəqiqə sonra səhnəyə çıxacaqdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəbər verdiyimiz kimi, Moskvada “Crocus City Hall” ticarət mərkəzində çoxsaylı insan itkisi ilə nəticələnən silahlı insident baş verib.

    Terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”da bu gün konserti planlaşdırılan Xalq artisti Röya Ayxan hadisədən dərhal sonra video paylaşıb. O, instaqram səhifəsində bildirib ki, teraktdan 2 dəqiqə sonra səhnəyə çıxması planlaşırılıbmış.

    Ona çoxsaylı zənglərin gəldiyini deyən Röya həyəcanını gizlədə bilməyib.

    Qeyd edək ki, baş vermiş hadisə ilə əlaqədar konsert təxirə salınıb