Rus hərbçiləri ilk dəfə Amerika PDM-ni qənimət kimi götürüb
Bu barədə Rusiya mətbuatı məlumat yayıb

Rusiya hərbçiləri ilk dəfə olaraq Amerikanın “Bradley” piyada döyüş maşınını qənimət kimi götürüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, piyadaların döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.
Yayın əvvəlindən bölmə əvvəlcə Zaporojye istiqamətində, sonra isə Avdeyevka yaxınlığında 40-dan çox oxşar texnikanı itirib.