Rusiya Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” qurur
Belə dəhliz bürokratik əngəlləri azaldacaq və mal dövriyyəsini sürətləndirəcək
Rusiya Federasiyası Azərbaycanla “sadələşdirilmiş gömrük dəhlizi” layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov məlumat verib.
Sadələşdirilmiş gömrük dəhlizi iki Razılığa gələn ölkə arasında malların bəyan edilməsi və buraxılışı zamanı inzibati yükün və gömrük nəzarəti tədbirlərinin tətbiqi tezliyinin azaldılmasını nəzərdə tutur.
O, həmçinin Azərbaycan, Çin və Monqolustan ilə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması üzrə layihələrin həyata keçirildiyini bildirib.