XƏBƏRLƏR / Siyasət

Rusiya bazasının mövcudluğu həyati əhəmiyyət kəsb etmir

Bunu Ermənistanın Baş naziri deyib

Rusiya bazasının mövcudluğu həyati əhəmiyyət kəsb etmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İrəvan Ermənistandakı 102-ci Rusiya hərbi bazasının mövcudluğunu həyati əhəmiyyət kəsb etmir, lakin Paşinyan onun çıxarılması məsələsini qaldırmayıb.

    "Baza ilə bağlı (Bişkekdə - ANSPress) heç bir müzakirə aparılmayıb. Əvvəllər baza məsələsini qaldırmamışıq... Əgər Rusiya bazanı çıxarmaq qərarına gələrsə, biz etiraz etməyəcəyik. Əgər onu saxlamaq qərarına gələrsə, biz də bunu müzakirə etməyə hazırıq", - deyə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

    Xatırladaq ki,  Putin "əgər Ermənistan Gümrüdəki Rusiya bazasına ehtiyac duymadığını düşünürsə, biz hətta sabah da oradan çıxacağıq" demişdi.