XƏBƏRLƏR / Qonşular

"Rusiya Dəmir Yolları" ASC müflisləşmə ərəfəsindədir

Səhmdar cəmiyyətt 1 mart 2026-cı il tarixindən etibarən dəmir yolu tariflərini planlaşdırılmamış şəkildə artırır

"Rusiya Dəmir Yolları" ASC müflisləşmə ərəfəsindədir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya iqtisadçıları yazır ki, "Rusiya Dəmir Yolları" faktiki olaraq müflisləşib. Hökumət, təxminən 4 trilyon rubl (52 mlrd dollar!) borc yığan və pandemiyadan bəri ilk xalis zərərini çəkən Rusiya Dəmir Yollarını dəstəkləmək üçün 1 mart 2026-cı il tarixindən etibarən dəmir yolu tariflərini planlaşdırılmamış şəkildə artırır. Yük daşımalarının qiymətləri 1% artacaq ki, bu da şirkətə təxminən 22 milyard rubl gətirməlidir.

    Koronavirus pandemiyasının başlanğıcından bəri "Rusiya Dəmir Yolları" yük daşımalarının 14%-ni itirib və 200 milyard rubl dövlət yardımı istəyib, lakin cəmi 65 milyard alıb.

    Maliyyə problemləri fonunda şirkət daha da pisləşməmək üçün investisiyaları azaldır, aktivləri satır və xərcləri azaldır.