Rusiya Ermənistan məhsullarına qadağa qoydu
Məlum olub ki, Ermənistan İran müəssisələrinin istehsal etdiyi xammaldan istifadə edir
Ermənistan mətbuatı yazır ki, Rusiya aprelin 5-dən etibarən Ermənistandan süd məhsullarının idxalını dayandıracaq.
Buna səbəb mart ayında Rosselxoznadzor mütəxəssisləri tərəfindən Ermənistan müəssisələrində aparılan yoxlamanın qeyri-qənaətbəxş nəticələri olub.
Məlum olub ki, Ermənistanın süd emalı zavodlarında Rusiya Federasiyasına tədarük etmək hüququ olmayan İran müəssisələrinin istehsal etdiyi xammaldan istifadə olunur.
Xatırladaq ki, keçən həftə Ermənistan Konstitusiya məhkəməsi Beynəlxalq Cinayyət Məhkəməsinin üzvü olmağa razılıq verib. Rusiyada isə İrəvanın bu addımı birmənalı qarşılannmayıb, çünki bu məhkəmə Rusiya prezidenti Vladimir Putinin həbsinə sanksiya verib.