Rusiya əsəbiləşir... Rusiyanı sakitləşdirmək lazımdır...
Vaşinqton və Brüsseldən sonra Bakı öz dəmir-betonlu, məntiqi əsaslandırılmış gündəmini artıq Moskvada səsləndirməlidir
Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün bir həftə əvvələ keçirilməsi, deyəsən, Rusiyanı əsəbiləşdirib və o, əvvəlcədən planlaşdırılan addımlarını tələm-tələsik rejiminə keçirib...
Araik kiməsə bir həftə vaxt verdi, onun da üç-dörd günü artıq keçib... belə qənaətə gəlirik ki, Rusiya tələsirsə, deməli, bir həftə vaxt Moskvaya verilib.
Özünüz mühakimə edin: Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edir, Azərbaycanın səfirini dəvət edir, Azərbaycan və Rusiya XİN rəhbərləri səviyyəsində zəngləşməsi, İrəvana xüsusi nümayəndə Xovayevin səfəri, şübhəsiz ki, sonra o Bakıya uçacaq, XİN rəhbərlərinin Moskvada görüşünün elanı, Rusiyanın ATƏT-dəki səfirinin “Sülh sazişində Qarabağ errmənilərinin hüquqları və təhlükəsizliyi öz əksini tapmalıdır” bəyanatı?
Yəni, Vaşinqton və Brüsseldən sonra Bakı öz dəmir-betonlu, məntiqi əsaslandırılmış gündəmini artıq Moskvada irəliyə aparmağını davam etməlidir.
Qarabağda gedən proseslər göstərir ki, Moskvadan “son nəfəsədək duruş gətirmək” əmri gəlib... Qarabağda müxtəlif qruplar arasında buna reaksiyanın səviyyəsi fərqlidir: Arayik çadırda meditasiya edir, Vardanyan Ağdamdan Əsgərana gedən yolu beton bloklarla bağlayır...
Prezident İlham Əliyev bu gün açıq şəkildə bildirir ki, mövqe dəyişmir və yumşalma üçün heç bir əsas yoxdur. Hər şey nəzarət altındadır və Rusiyadan gələn “nahamarlığı” aradan qaldırmaq olar.
Azərbaycan prezidenti Moskva görüşündən gözləntilərini aydın səsləndirib: Ermənistanın Azərbaycan ərazi bütövlüyünü tanınması ilə bağlı mövqeyini Moskvada, Lavrovun hüzurunda təsdiqləmək.
Görün hamı necə əl-ayaqa düşüb, necə tələsirlər... amma əvvəllər dərindən fikirə gedərək, heç bir addım atmırdılar... Bakının car çəkdiyi bütün faktlara və "artıq belə davam edə bilməz" xəbərdarlıqlarına baxmayaraq.
Görək rus diplomatiyası bu müşküldən necə çıxacaq... Mən məsləhət görərdim ki, RSK-nın logistikasını Bərdədən qursunlar...