BLOQ

Rusiya XİN və əlaltı politoloqları separatizmi körükləyirlər

Moskva Cənubi Qafqaz bölqəsini iti­rir

Rusiya XİN və əlaltı politoloqları separatizmi körükləyirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyalı ekspertlər, əsasən sözü­gedən ölkənin xarici siyasət idarəsinə yaxın şəxslərdir. Moskva bu bölgəni (Cənubi Qafqaz - ANS Press) iti­rir. Bunu Kremldə hakim zümrə də an­layır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağı tərk edəcəyini açıqlayıb. Fikir verin ki, cənab Ərdoğan bu sözü NATO-nun Vilnüs Sammitində jurnalistlərlə söhbətində deyib.

    Bundan başqa Brüssel görüşünün vaxtı dəyişdirilərək bir həftə tez keçiril­di. Bu onu göstərir ki, Rusiya buradakı əsas təsir vasitəsini itirir. Onun əsas tə­sir vasitəsi də sülhməramlı kontingent idi. Rusiya üçtərəfli bəyanatın yalnız dördüncü bəndindən yapışıb. Həmin bənddə sülhməramlıların yerləşdirilməsi əksini tapıb, ancaq onların erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şə­kildə yerləşəcəyi də qeyd olunub. Ancaq bu bənd icra olunmur. Noyabrda bu bən­din havadan asılı qalmasının 3 ili tamam olacaq. Deməli, bu icra olunmayıbsa, sülhməramlıların Qarabağda qalmasına da Azərbaycan heç bir əsas görməyəcək. Bunu da Azərbaycan bildirib. Kremldəki bəzi dairələr bunu anlayırlar. Amma Xa­rici İşlər Nazirliyi bunu anlamaq istəmir. Ona görə də bu gərginliyi yaradırlar.