Qeyri-müəyyən bir oyunun fəryadı
Komanda qələbəni layiqincə əldə etsə də, göstərdiyi oyun qeyri-müəyyən təsir bağışlayıb

Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsində 3-cü turun ilk oyununu Skopyedə Şimali Makedoniya “Şkendiya”sına qarşı keçirib və yaxşı nəticə əldə edib.
Qurban Qurbanovun komandası qələbəni layiqincə əldə etsə də, göstərdiyi oyun qeyri-müəyyən təsir bağışlayıb. İlk 45 dəqiqəni qonaqlar meydan sahiblərindən nəzərəçarpacaq dərəcədə yaxşı keçirdi.
Hətta fasilə fitinə qədər də ən azı iki, hətta üç top fərqi ilə öndə olmalı idilər. Amma şanslar bir-birinin ardınca qaçırıldı. Xoşbəxtlikdən, hələ hissənin ortalarına çatmamış “Şkendiya” ehtiyatsızlıq nümayiş etdirdi: Leandro Andrade rəqibin cərimə meydançasında yıxıldı və təyin olunmuş penaltini Toral Bayramov dəqiq yerinə yetirərək qonaqları hesabda önə keçirdi. Qeyd etmək yerinə düşərdi ki, baş hakim pozuntunun cərimə meydançasından kənarda olduğunu nəzərə alsaq, penalti “nöqtə”sinə göstərmək niyyətində deyildi. Amma belə məqamlarda epizodu qaçırmayan VAR-a xüsusi təşəkkürlər.
Əgər ilk hissədə hər şey stabil idi və “Qarabağ”ın diktəsi ilə gedirdisə, fasilədən sonra vəziyyət dəyişməyə başladı. Dərhal yox, get-gedə “Şkendiya” getdikcə daha təhlükəli oynadı və öndə daha kəskin hərəkət etdi. “Qarabağ” üçün elə ilk əvəzetmədən sonra oyun səhv istiqamətdə getdi. Baxmayaraq ki, Marko Yankoviçin meydana çıxması yarımmüdafiəni gücləndirməli idi, amma sonda bu əvəzetmə hücumu zəiflətdi. Hücum zonasına keçən Kadi birdən-birə tamamilə yersiz hərəkət etməyə başladığından, topu itirir, tez-tez kobudluq edir. O, az qala meydandan qovula da bilərdi, amma yaxşı ki, hakim onu “əff etdi”.
Və onsuz da, hücümda işlər yaxşı getmirdi. Nəriman Axundzadə kimi Abdullah Zubir də bir-bir şansı əldən verdi. Nəriman həm də kifayət qədər qeyri-müəyyən oyunu ilə seçildi. Maraqlıdır ki, o, topsuz oyunda daha yaxşı görünürdü, amma topu alan kimi ya itki, ya da əldən verilmiş şans oldu.
Tələsik nəticə çıxarmaq istəməzdik, amma görünür, “Qarabağ”ın həqiqətən də yaxşı hücumçuya ehtiyacı var. Təəssüf ki, gənc Axundzadə hələ 2024-cü ilin fevralında hardasa ilişib qalıb və hücumun önündə əsas fiqur kimi görünəcək qədər təkmilləşməyib. Və bu günə qədər daha yaxşı alternativ yoxdur.
Xoşbəxtlikdən “köhlən atların” müdafiədə praktiki olaraq heç bir problemi yox idi. Bəzi çatışmazlıqlar var idi, amma bunu ayrı-ayrı oyunçular arasında oyun praktikasının və komanda işinin olmaması ilə izah etmək olar. Yəni bunların hamısı birdəfəlik həll oluna bilən hadisələrdir. Məhz müdafiə sayəsində “Qarabağ” vətənə qalibiyyətlə qayıda bildi. Mərkəz müdafiəçiləri Bəhlul Mustafazadə və Kevin Mədina xüsusilə yaxşı görünürdülər, onlar həlledici anlarda bir-iki dəfədən çox oyunu xilas ediblər. Baxmayaraq ki, yenə də ağdamlılar şanslarını qollara çevirsəydilər, vətənə böyükhesablı qələbə ilə qayıda bilərdilər.
Nə olursa olsun, 1:0 da bir qələbədir. Belə bir üstünlük sürüşkən hesab edilsə belə, çətin ki, “köhlən atlar” bir həftə sonra ev oyununda bunu artırmamaq istəsin. “Qarabağ”ın şansları bir az artıb, amma yenə də sayıqlığını itirə bilməz. Keyfiyyətli bir hücumçu ilə müqavilə bağlamağın vaxtı gəldi - Skopyedəki bu oyun sözün əsl mənasında bu barədə fəryad edirdi. Çünki bu qədər şansı əldən vermək olmaz, əks halda cavab matçında pis nəticə verə bilər.
Komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.
İmran Hüseynov (Azerisport)