XƏBƏRLƏR / İdman

“Qarabağ” səfərdə Şimali Makedoniya klubuna qalib gəlib

UEFA Çempionlar Liqası çərçivəsində keçirilib

“Qarabağ” səfərdə Şimali Makedoniya klubuna qalib gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında keçirilən ilk oyun başa çatıb.

    Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.

    Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.

    Komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.