Tramp Ermənistan və Azərbaycan liderlərini qəbul edəcək
"The Washington Post" qəzeti ABŞ Prezidentinin sülh razılaşmasına vasitəçilik etməsi haqda yazır

Prezident Donald Tramp, onilliklər davam edən münaqişədə bulunmuş iki ölkə arasında sülh razılaşmasına vasitəçilik etmək məqsədilə cümə günü Ermənistan və Azərbaycan liderlərini Ağ Evdə qəbul edəcək.
İlk dəfə Ağ Evin iki yüksək rütbəli məmuru tərəfindən The Washington Posta bildirilən görüş, prezidentin beynəlxalq münaqişələri bağlamaq və buna görə xal qazanmaq cəhdlərinin sonuncusudur.
Planlar hələ rəsmi şəkildə açıqlanmadığı üçün adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi bildirib ki, cümə günü liderlərin Trampla görüşündən sonra Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması mümkündür.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Trampla ayrı-ayrılıqda görüşləri gözlənilir.
İki lider sülh danışıqları üçün keçən ay Birləşmiş Ərəb Əmirliklərində görüşdülər, lakin rəsmilərin bu ilin əvvəlində razılaşmanın ilkin layihəsinin hazırlandığını deməsinə baxmayaraq, razılıq əldə olunmadı.
İki keçmiş sovet ölkəsi Dağlıq Qarabağ regionu Azərbaycandan qoparaq Ermənistanın hakimiyyəti altına keçdikdən sonra onilliklər ərzində münaqişə vəziyyətindədir. Əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan bölgə 2023-cü ilin sentyabrında Azərbaycan qüvvələri tərəfindən tutuldu və bir çox etnik erməni qaçmağa məcbur oldu.
Seçki ərəfəsində Tramp "Truth Social"da oktyabrda yazdığı yazıda “təqib olunan xristianları müdafiə edəcəyinə” söz vermiş və rəqibi Kamala Harrisi “120.000 erməni xristianın vəhşicəsinə təqib edildiyi və məcburi köçkün edildiyi halda heç nə etmədiyinə” görə tənqid etmişdi. Tramp “zorakılığa və etnik təmizləməyə son qoymağa və Ermənistanla Azərbaycan arasında SÜLHÜ bərpa etməyə çalışacağını” deyib.
İyun ayında Tramp Oval Ofisdə ABŞ-ın vasitəçiliyi ilə Konqo Demokratik Respublikası və Ruanda arasında sülh sazişini imzalama mərasimində qeyd etdi.
"Bir neçə qısa ay ərzində biz Hindistan və Pakistan, Hindistan və İran, Konqo Demokratik Respublikası və Ruanda və bir sıra digər ölkələr arasında sülhə nail olduq", - Tramp iyun ayında keçirilən tədbirdə deyib.
Prezidentin həm sülhməramlı səylərinin tanınması, həm də dəstəyini qazanmaq üçün bir neçə dünya liderləri tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.
Keçən həftə Kamboca Baş nazirinin müavini ölkənin Trampı namizəd göstərəcəyini söyləyib. İsrailin Baş naziri Benyamin Netanyahu da iyul ayında Trampın namizədliyini açıqlamışdı. Pakistan bu ilin əvvəlində Pakistan-Hindistan münaqişəsində sülhü təşviq etmək səylərinə cavab olaraq Trampı iyun ayında namizəd göstərib.