Rusiya-Gürcüstan dialoqu davam etdiriləcək
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zarubişvili arasında danışıqlar formatı davam etdiriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, Mixail Qaluzinin noyabrın 19-də Minskdə Georgi Zarubişvili ilə görüşünün baş tutduğunu xatırladıb.
Zaxarova bu görüşün Rusiya ilə Gürcüstan arasında birbaşa dialoqun bərpa olunması baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, görüşdə iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər barəsində fikir mübadiləsi aparılıb, bir sıra razılaşmalara nail olunub.
Rusiya XİN sözçüsü Qaluzin-Zarubişvili danışıqlar fotmatının davam etdiriləcəyini bəyan edib.
“O ki qaldı iki ölkə arasında diplomatik münasibətlərin bərpası məsələsinə, Gürcüstan tərəfi belə təşəbbüslə müraciət etməyib”, - Zaxarova əlavə edib.
1 dəqiqə