XƏBƏRLƏR / Qonşular

Rusiya hərbi bazalarının mövcudluğunda üstünlük yoxdur

Bunu Paşinyan "Wall Street Journal" dərgisinə deyib

Rusiya hərbi bazalarının mövcudluğunda üstünlük yoxdur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Wall Street Journal” xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının respublikada möcudluğunun davam etməsində üstünlük görmədiyini bildirib.

    Nəşrə müsahibəsində Paşinyan bildirib ki, Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədiyi üçün İrəvan yeni tərəfdaşlar axtarır. Onun sözlərinə görə, Dağlıq Qarabağda baş verən son hadisələr Ermənistanı təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsinin zəruriliyi ilə bağlı qərara gətirib çıxarıb.

    Daha sonra Paşinyan bildirib ki, Azərbaycan Ermənistanın suveren ərazilərini işğal edib və KTMT-nin nizamnaməsində bu cür hərəkətlər baş verəndə təşkilatın nə etməli olduğu aydın şəkildə göstərilib. Təşkilat heç bir iş görmədi ki, bu da həm hökumət, həm də ictimaiyyət arasında suallar doğurdu.

    "Biz Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmırıq, biz işçi görüşlər və digər formatlar çərçivəsində Rusiya Federasiyası və KTMT-nin bu davranışının səbəbini anlamağa çalışırıq." - Paşinyan deyib.