14:26
Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində "An-22" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
TASS xəbər verir ki, hərbi nəqliyyat təyyarəsi təmirdən sonra uçuş zamanı qəzaya uğrayıb.
"An-22" təyyarəsi Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb.
Bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Xilasedicilər hadisə yerinə gedib. Təyyarənin qalıqları suda tapılıb. Məlumata görə, "An-22" təmirdən sonra planlı uçuş həyata keçirirmiş.
***
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiya mənbələri xəbər verib.
Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.
Ölən və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsusdur.
1 dəqiqədən az