BLOQ

Rusiya BTC boru kəməri yaxınlığında hərbi baza tikir

Ermənistan–Azərbaycan sərhədində Rusiya hava limanı ilə təchiz olunmuş hərbi hissə yaradır

Rusiya BTC boru kəməri yaxınlığında hərbi baza tikir
  • Oxuma müddəti:

    4 dəqiqə

  • "Azadlıq" radiostansiyasının erməni bürosu (Azatutun) Ermənistanın Azərbaycanla həmsərhəd olan Tavuş vilayətinin Berd rayonundakı baxımsız aerodrom ərazisində Rusiya silahlı qüvvələrinin sürətlə hərbi baza tikdiyi haqqında reportaj yayımlayıb. 

    Tovuz rayonunun Əlibəyli kəndindən 1 km məsafədə tikilən hərbi baza BakıTiflis–Ceyhan, BakıTiflisƏrzurum strateji boru kəmərlərinə real təhdid və təhlükə yarada bilər.

    Reportajın mətnini olduğu kimi təqdim edirik.

    Sakinlərin sözlərinə görə, Ayqepar yaxınlığındakı keçmiş hava limanının ərazisində Rusiya hərbi bazası peyda olacaq

    "Sovet dövründə "Yak-40" təyyarəsinin uçuş zolağının yerləşdiyi yerdə Rusiya hərbi bazası yerləşəcək", – Ayqepar sakinləri şayiələri bölüşürlər.

    Bir aydan çoxdur ki, Tavuş vilayətinin Berd rayonunun Ayqepar kəndi yaxınlığındakı keçmiş hava limanı ərazisində aktiv tikinti işləri aparılır.

    İyunun 17-də hökumətin məruzə olunmayan sualları arasında “Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşdirilmə məntəqələri haqqında” Protokola dəyişiklik edilməsinə dair 2 saylı Protokolun imzalanması məsələsi də var idi.

    Hökumətin saytında yerləşdirilən əsaslandırmaya görə, Rusiya hərbi bazasının Ermənistan ərazisində mövcud olan yerləşdirmə məntəqələrinin ünvanlarının dəyişdirilməsi ilə əlaqədar torpaq sahələrinin tərkibində dəyişikliklər edilməsi zərurəti yaranıb. Rusiya tərəfinə verilmiş daşınmaz əmlaka, habelə hüquqi əsası təşkil edən sənədlərə də eyni yanaşma olub. Əsaslandırmanı müdafiə naziri Suren Papikyan təqdim edib.

    "Protokolun imzalanması Rusiya hərbi bazasının hərbi hissələrinin tərkibində dəyişiklik nəticəsində onların fəaliyyəti üçün şəraitin təmin edilməsi zərurəti ilə bağlıdır", – Əsasnamədə deyilir.

    Hökumətin qərarı var, lakin müqavilə hələ hazırlanmalı və nəhayət, parlamentdə ratifikasiya edilməlidir. İcra hakimiyyətinin dərc etdiyi paketdə ünvanlar, torpaq sahələrinin xüsusiyyətləri və digər rekvizitlər göstərilməyib. Berddə rus hərbçiləri üçün nə tikilir? Yerli sakinlərin dediklərinə görə, tikintiyə rəhbərlik edənlər arasında ruslar da var. Hansı müddətə, ordunun sayı nə qədərdir və hansı missiyadan söhbət gedir? Müdafiə Nazirliyi bütün bu suallara cavab vermir, yazılı müraciət etməyi təklif edir.

    Berd icmasının sədr müavini Samvel Hovsepyanın sözlərinə görə, hava limanının ərazisi icmaya aid deyildi, onların işi yalnız inşaatçıya tikintiyə icazə verməkdən ibarət idi.

    "Yəqin ki, ərazi Nəqliyyat və Rabitə Nazirliyinə məxsus olub, lakin keçmişdə bura aeroportun ərazisi olub, icma mülkiyyəti deyil", – Hovsepyan bildirib.

    Berd rayonunun Ayqepar kəndi azərbaycanlıların Əlibəyli kəndindən bir kilometr aralıda yerləşir, hava limanının ərazisi də nəzarətdədir. Sakinlər Rusiyanın sərhədin bu hissəsində olmasını təhlükəsizliyin təminatı hesab edirlər.

    “İnsanlar sülhün olacağına ümid edirlər. Siz çox gözəl bilirsiniz ki, bura ən yaxın ərazidir, 30 ildir atəş altındadır, tüfəngdən atırlar. Müəyyən dərəcədə insanlar ümidlərini bağlayır, amma nə etməli”, – Ayqepar sakini Vaçe Kalantaryan deyir.

    "Təhlükəsizlik baxımından bir az da yaxşılaşacaq, daha əvvəl olduğu kimi bombardman, gülləbaran və müharibə olmayacaq", – digər kənd sakini Hamlet Markaryan deyir.

    Tavuşun bu hissəsində sonuncu Ermənistan–Azərbaycan toqquşması 2020-ci ilin iyulunda baş verib. Bir neçə gün Ayqepar, Mövsəs, Nərkin Karmiraxbyur, Berd, Çinar yaşayış məntəqələri iriçaplı silahlardan atəşə tutuldu və iki aydan sonra 44 günlük müharibə başlayıb.