Ərəb dilini təzə öyrənənlərə adətən belə bir məlumat verilir: "Ərəb dilində dəvənin 100-dən artıq adı var".
Məlumat düz olsa da, faydasızdır (Ona görə faydasızdır ki, bunları bilmək ixtisas işidir. Ümumilikdə isə hansı söz lazımdırsa, sadəcə onu yadda saxlamaq lazımdır).
Niyəsini deyəcəyəm.
... Hə, deməli, yabı, madyan və s. at adları deyil, sifət və xüsusiyyətidir. Eynilə dəvə də bu belədir. Onlardan bir neçəsini qeyd edirəm:
جَمَل (cəməl) — ümumi olaraq dəvə, xüsusən erkək dəvə.
نَاقَة (nəqə) — dişi dəvə.
إِبِل (ibil) — dəvələr, dəvə sürüsü; cəm/kollektiv isim.
بَعِير (bə‘īr) — yük daşıyan və ya minilən dəvə; ümumi dəvə mənasında da işlənir.
عَيْر (ʿayr) — erkək dəvə üçün işlənən sözlərdən biri.
فَحْل (fəhl) — damazlıq erkək dəvə.
هَجِين (həcīn) — müəyyən nəsil xüsusiyyətlərinə malik dəvə; kontekstdən asılı olaraq fərqli mənalar da daşıyır.
عَشْرَاء (ʿaşrāʾ) — hamilə dişi dəvə, xüsusən doğuşuna yaxın olan.
Bunlarla yanaşı, Quranda dəvə cahiliyyət dövründə xüsusiyyətinə görə adlandırılır:
Bəhirə və ham.
Belə ki, Bəhirə 5 dəvə, Ham isə 10 dəfə bala doğduqdan sonra əti, südü, yunu (minilməsi) haram edilib dağ basılaraq səhraya buraxılan dəvələrə deyilirdi.
Günlərin bir günü Abbasi Xəlifəsi Harun Ər-Rəşid ədib vəzirindən soruşur: "Doğurdanmı bizim ərəb dilində aslanın 500 adı var?". Vəzir təbəssümlə cavab verir: "Əmir sağ olsun, onlar isimlə sifətin arasında fərq qoya bilməyənlərdir...".
1 dəqiqə