XƏBƏRLƏR / Siyasət

Rusiya "Tramp marşrutu"nda iştirak etməkdə israrlıdır

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinə Ermənistan parlamentinin spikeri Alen Simonyan cavab verib YENİLƏNİB

Rusiya "Tramp marşrutu"nda iştirak etməkdə israrlıdır
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:06

    Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın TRIPP layihəsində iştirakını təsəvvür edə bilmir.

    Bu barədə bu gün jurnalistlərə açıqlamasında bildirib.

    “Bunu necə təsəvvür edirsiniz? TRIPP erməni-amerikan təşkilatıdır”, - erməni spiker xatırladıb.

    Onun sözlərinə görə, Ermənistan ərazisindən hərəkət yalnız TRIPP çərçivəsində məhdudlaşmır.

    Simonyan TRIPP-in ABŞ Prezidentinin sayəsində sülh çərçivəsində reallaşdığını vurğulayıb.

    Simonyan bildirib ki, Rusiya TRIPP-ə diqqət yetirməməlidir: “Bu, Ermənistandan keçən və keçəcək yeganə yol deyil. Bir çox yol var”.

    Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" nəşrinə müsahibəsində Moskvanın İrəvanla TRIPP layihəsində iştirakının parametrləri ilə bağlı dialoq imkanlarını nəzərdən keçirdiyini bildirib. 

    ***

    12:06

    Moskva İrəvanla TRIPP layihəsində iştirakının parametrləri ilə bağlı dialoq imkanlarını nəzərdən keçirir.

    Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" nəşrinə müsahibəsində deyib.

    Diplomat qeyd edib ki, Rusiya tərəfi bu təşəbbüsə dair mövqeyini qoruyur, lakin Ermənistan-ABŞ layihəsinin detalları hələ də diqqətlə araşdırılmalıdır.

    2038-ci ilə qədər Ermənistanın dəmir yolu şəbəkəsi “Rusiya Dəmir Yolları”nın törəmə şirkəti tərəfindən idarə olunur. Ermənistan Respublikası Rusiya dəmir yolu xəttindən istifadə edir. İran-Ermənistan sərhədində bizim sərhədçilərimiz yerləşir. Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyünü də nəzərə almaq lazımdır. Bu şəraitdə aydındır ki, Rusiya olmadan tərəfdaşlar bu işi həll edə bilməzlər”, – Qaluzin vurğulayıb.

    Qaluzin vurğulayıb ki, Rusiya İrəvandakı tərəfdaşları ilə məsləhətləşmələrə hazırdır və bu nəqliyyat dəhlizinin həyata keçirilməsində Moskvanın iştirakının konkret formalarını müzakirə etməyi planlaşdırır.