
Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya daha Ukrayna Silahlı Qüvvələrinin 1200 hərbçisinin cəsədini təhvil verib, Ukrayna isə heç bir cəsəd təhvil verməyib.
Bu barədə TASS-a Rusiya danışıqlar qrupundakı mənbə məlumat verib.
"Rusiya İstanbul razılaşmalarını yerinə yetirməyə davam edir. Bu gün Ukraynaya növbəti 1200 Ukrayna Silahlı Qüvvələri hərbçisinin cəsədi təhvil verildi. Ukrayna isə hələlik heç bir cəsəd təhvil verməyib" — mənbə bildirib.
Qeyd edək ki, iyunun 14-də də Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1200 hərbçinin cəsədini təhvil verib, Ukrayna isə heç bir cəsəd qaytarmayıb.
İyunun 14-dən etibarən Rusiya və Ukrayna İstanbul razılaşmaları çərçivəsində müddətsiz sanitariya mübadiləsinə başlayıblar və tərəflər yaralıları qarşılıqlı olaraq təhvil verirlər.