Sülh müqaviləsinin iki variantı var
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan deyib
“Sülh müqaviləsinin iki variantı var”. “Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan deyib. “Onlardan biri Moskva, digəri isə Azərbaycan variantıdır. Qərb tərəflər arasında vasitəçilik etməyə çalışır. Eyni şeyi Rusiya da edir. Ermənistan və Azərbaycan isə sülhə nail olmağa çalışmalıdır”, - o qeyd edib.
Qriqoryanın sözlərinə görə, rəsmi İrəvan Brüsseldən, Vaşinqtondan və ya digər paytaxtdan başqa hər hansı sənəd almayıb.