Rusiya Xarici İşlər Nazirliyi əl-ayağa düşüb...
Rusiya XİN-də Rudenko-Bülbüloğlu görüşünə sözardı
Azərbaycan səfirinə xarici işlər nazirinin müavini Rudenko ürəyini boşaltdı... bəs Rudenkonun nə dəxli var, deyəsən indi MDB məsələlərinə Qaluzin baxır axı?!
Bəs Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında nə "qeyri-korrektlik" var ki?! Onun hansı hissəsində? Hansı cümlə, söz və hərfində?!
Öz bəyanatınıza baxın, cənab Rudenko! Həm də RSK-nın bülletenlərində yaşayış məntəqələrinin adlarını oxuyun!
Azərbaycan Respublikasına mənsubluğu qeyd olunmadan “Dağlıq Qarabağ”ın adı çəkilən Putinin fərmanlarında baxın.
Yeri gəlmişkən, Rusiyanın Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək öhdəliyi harada yazılıb?! Rusiyanın dövlətlərarası məsələlərdə yalnız üçtərəfli formatda rolu var. Bəyanatınızda yenidən Naqornı adı çəkilir... Axı Rusiyanın, müstəqilliyini elan etdiyi İçkeriya ərazidəki əməliyyatlarına heç kim müdaxilə etmirdi.
Beləliklə, Rusiya vəziyyəti daha da pisləşdirir... səfirlərlə görüşməkdənsə, nəyisə etmək üçün istək və resurslarınız varsa, hərəkətə keçin. Məsələn, RSK-nin təminatını Ağdama keçirin!