İsrail-Türkiyə müharibəsinin qarşısını Azərbaycan ala bilər
Bu barədə “The Jerusalem Post” qəzetinin baş məqaləsində deyilir

“The Jerusalem Post”: İsraillə Türkiyə arasında müharibənin qarşısı Azərbaycanın köməyi ilə alına bilər.
İsraildə çıxan “The Jerusalem Post” yazır ki, Azərbaycan iki müttəfiqi olan İsrail və Türkiyə arasında mümkün hərbi münaqişənin qarşısının alınmasında mühüm rol oynayır və onlar arasında gərginliyi azaltmaq və barışığa kömək etmək üçün əlindən gələni edir.
"Azərbaycan həm İsrail, həm də Türkiyə ilə dərin, etibarlı münasibətləri olan yeganə ölkə kimi unikal mövqe tutur.
Prezident Əliyev hər iki ölkə rəhbərliyinin böyük hörmət və etimadına malikdir, bu da Azərbaycanı gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün real potensiala malik güclü vasitəçi rolu ola bilər...
Hazırkı böhranda Azərbaycanın sülhməramlı mövqeyi çox vacibdir. Bu münaqişə nəinki regionda stabillik üçün təhlükə yaradır, həm də ağıla gələ bilməyən nəticəyə gətirib çıxara bilər".