BLOQ

Şuşanın yolları dolama-dolamadır

Şəkk-şübhə etməyə dəyməz, amma ora yollar saysız-hesabsızdır

Şuşanın yolları dolama-dolamadır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistandan Şuşaya və Şuşa ətrafina daxil olan, hal-hazırda nəzarətsiz olan 3 -cu və 4-cu alternativ yollar var. Araba, UAZ, NİVA və digər avtomobillərin, o cumlədən yüklü at və eşşək kecə bilən yerüstü və yeraltı gizli yollar var.
    Bu yollar Şuşanın Qala Dərəsi kəndindən başlayır, Şuşaya catmamış İsa bulağının üstündə yerə batır və Şuşada üzə çıxır. Bu yola Xan qızı Natəvan yolu deyilir, bu yola Karvan yolu deyilir, bu yola yuklu at-eşşək yolu deyilir. Eni 4 metrdir. Laçın dəhlizindən 5-6 km aralıdır, yəni eninə məsafə var.
    İndi Rafiq Nağıyev (Laçın polkunun qərargah rəisi) deyəcək ki, mən o yolu taniyiram, Üzeyir Cəfərov məni televiziya biabir edəcək, Ədalət Verdiyev şəkk edəcək.
    Mən bu yolu Qala Dərəsindən tutmuş Şuşaya qədər piyada gəlmişəm. Bu gun Şuşaya gələn və suyunu içdiyiniz və işlək vəziyyətdə olan Xan qızı Natəvanın bulağı bu yolla gəlir, vaxtı ilə Şuşaya gələn təbii Turşusu bulağı bu yolla gəlirdi.
    Yolun enliliyi 4 metr, bəzi hallarda 5 metrdir. Laçın dəhlizi eninə 5 km məsafədə olmaqla əlinin icindədi. Bu yol ekoloqların yanına catmamış, yerin dibinə batir və bir də Şuşadan çıxır. Şəkk etməyin. Dördüncü yol da var.