ŞKTC ilə bağlı türk dövlətlərinin tənqidi arzuolunmazdır
Hal-hazırda bu dövlətlər üçün ərazi bütövlüyünə hörmət prinsipi öldü-qaldı məsələsidir

“Türk dünyasında parçalanma, Türkiyəyə zərbə”
“Türk Birliyi iflasa uğradı”
“Mərkəzi Asiya ölkələri Kiprin işğalını pisləyib”
“Mərkəzi Asiya ölkələri Şimali Kipri 12 milyard avroya satıb”
Fikrimcə, belə tezislər reallığı əks etdirmir və bizim informasiya məkanımızda bəlkə də arzuolunmazdır. Mərkəzi Asiya ölkələrinin düşdüyü şərait onları çox vaxt öz müqəddəratını təyinetmə prinsipi ilə ərazi bütövlüyünə hörmət prinsipi arasında çətin seçim etməyə məcbur edir.
Bu, anti-Türkiyə və ya antitürk addımı deyil, öz prinsipial mövqeyinin nümayişidir: Mərkəzi Asiya ölkələri ərazi bütövlüyü prinsipinə sadiqdirlər. Azərbaycan özü də analoji vəziyyətdən keçib və bunun nə qədər vacib olduğunu çox gözəl anlayır.
Son hadisələr isə və Qazaxıstana qarşı səsləndirilən bəyanatlar açıq şəkildə göstərdi ki, Mərkəzi Asiyan türk dövlətlərinin narahatlığa tutarlı əsasları var. Buna görə də onlar ərazi bütövlüyünə hörmətin tərəfdarıdırlar və Avropa İttifaqının dəstəyini təmin etməyə çalışırlar.