XƏBƏRLƏR / Siyasət

Rusiya yenə Ermənistana hədə-qorxu gəlir

Rusiya Federasiya Şurasının sədri parlamentin spikeri Rubinyanla telefonla danışıb

Rusiya yenə Ermənistana hədə-qorxu gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyanla telefon danışığı zamanı bildirib ki, Rusiya hakimiyyəti turistlərinə Ermənistana səfər etməməyi tövsiyə edə bilər.

    Federasiya Şurasının mətbuat xidmətinin məlumatına görə, Matviyenko "üçüncü ölkələrin tələbi ilə Ermənistanda Rusiya vətəndaşlarının sistematik şəkildə saxlanılmasına diqqət çəkib".

    Bəyanatda deyilir: "Əgər bu təcrübə davam edərsə, Rusiya turistlərinə respublikaya səfər etməmək tövsiyəsi verməyə məcbur olacaq".

    Federasiya Şurasının sədri həmçinin bildirib ki, Ermənistanın AB-yə daxil olması Avrasiya İqtisadi Birliyi (AAİB) çərçivəsində əməkdaşlığın əsaslandığı prinsipləri pozacaq. Onun sözlərinə görə, Rusiya tərəfi "Baş nazir Nikol Paşinyanın Ermənistanda müvafiq milli referendum keçirmək təşəbbüsünü dəstəkləyir".