Rusiyada alkoqoldan zəhərlənərək ölənlərin sayı 29-a çatıb
İçkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub
Rusiyada “Mister sidr” alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb.
İçkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.
Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb. Hazırda daha 61 nəfər eyni içkidən zəhərlənmə diaqnozu ilə müalicə olunur.
Zəhərlənmə halları Nijni Novqorod, Samara, Ulyanovsk, Udmurtiya və Penza vilayətlərində qeydə alınıb.