XƏBƏRLƏR / İctimaiyyət

Sərhədi pozan Əfqanıstan vətəndaşları saxlanıldı

DSX məlumat yayıb

Sərhədi pozan Əfqanıstan vətəndaşları saxlanıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

    DSX-dan verilən xəbərə görə, mart ayının 1-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 1998-ci il təvəllüdlü Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və 2003-cü il təvəllüdlü Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

    Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.