XƏBƏRLƏR / İctimaiyyət

31 il əvvəl Daşaltıda itkin düşən əsgər dəfn olunub

Araz Rüstəmovun nəşi Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb

31 il əvvəl Daşaltıda itkin düşən əsgər dəfn olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızıda dəfn olunub.

    Şəhidin nəşi Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

    Kütləvi məzarlıqlarda qalıqları tapılan Rüstəmov Araz Bağı oğlunun qalıqları Xızı rayonuna gətirilib.

    Şəhidlə Xızı rayonunun Giləzi qəsəbəsində vida mərasimi keçirilir.

    Şəhidin nəşi Giləzi qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

    Rüstəmov Araz Bağı oğlu 1968-ci ildə Giləzi qəsəbəsində anadan olub. 1992-ci ilin yanvar ayında Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb. Onun qalıqları bir müddət əvvəl kütləvi məzarlıqda tapılıb.

    Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.

    Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.