Xaçmazda I Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi
Qəhrəman döyüşçü 1994-cü il fevralın 19-da şəhidlik zirvəsinə ucalıb
Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Şirin oğlu Qayımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.
Şəhidin nəşi rayonun Hacıqurbanoba kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
E.Qayımov mayın 7-də Hacıqurbanoba kənd qəbiristanlığında dəfn olunacaq.
E.Qayımov 1974-cü il yanvarın 8-də Xaçmaz rayonunun Hacıqurbanoba kəndində doğulub. 1992-ci ildə hərbi xidmətə yollanıb. Qəhrəman döyüşçü 1994-cü il fevralın 19-da şəhidlik zirvəsinə ucalıb.