XƏBƏRLƏR / Seçki

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb

Rusiya mətbuatı xəbər verir

Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyada Dövlət Dumasına seçkilər başa çatıb.

    Rusiya mətbuatı xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 21:05-ə olan məlumatına görə, hakim "Vahid Rusiya" partiyası bülletenlərin 13,88%-i sayıldıqdan sonra federal siyahıda səslərin 57,54%-ni toplayıb.

    Mərkəzi Seçki Komissiyası parlamentdə təmsil olunan beş partiyanın yenə dumaya daxil olduğunu açıqlayıb.

    Hazırda "Vahid Rusiya" birinci yeri tutur. Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) ikinci (13,67%), Liberal Demokrat Partiyası (LDPR) üçüncü (9,27%) və "Yeni İnsanlar"dördüncü (7,96%) olub.

    İlkin məlumatlar həmçinin “Ədalətli Rusiya”nın (5,16%) 5% baryeri keçdiyini və parlamentdə yer alacağını göstərib.

    Qeyd edək ki, dumaya üç günlük seçkilərdə cəmi on partiya iştirak edib (11-ci olan" Yabloko" Ali Məhkəmənin qərarı ilə seçkilərdən kənarlaşdırılıb).

    Səslərin sayılmasının 21 sentyabr səhərinə qədər başa çatacağı və seçki nəticələrinin 25 sentyabrdan tez olmayaraq açıqlanacağı gözlənilir.