XƏBƏRLƏR / Kriminal

Rusiyada öldürülənlərin meyitləri bazar ertəsi göndəriləcək

Hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır

Rusiyada öldürülənlərin meyitləri bazar ertəsi göndəriləcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq.

    Hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.

    Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar iki qardaşdır.

    Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.

    Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.