Rusiyanı Azərbaycanla münasibətləri korlamağa məcbur edirlər
Bunu Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Rusiya-Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib:
“Bizi postsovet məkanında ən etibarlı tərəfdaş olan Azərbaycanla münasibətləri korlamağa məcbur edirlər. Ən böyük logistika layihəsinin - "Şimal-Cənub" nəqliyyat dəhlizinin Avropaya yüklərin daşınması xərclərini əhəmiyyətli dərəcədə azaldacaq şəkildə həyata keçirilməsi Qərbi qane etmir. Qərb Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq üçün istənilən tədbirdən istifadə edir. Alınmayacaq".